Ruslar Xerson vilayətini artilleriya ilə vurdular: biri uşaq olmaqla 6 nəfər həlak olub
Bu gün ruslar Xerson vilayətini atəşə tutublar, nəticədə azı 5 böyük və 23 günlük uşaq həlak olub.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və daxili işlər naziri İqor Klimenko bildiriblər ki,bu gün səhər saatlarında ruslar Stanislav kəndini MLRS-dən vurublar. 5 fərdi yaşayış evi dağılıb və zərər çəkib.
Daxili İşlər Nazirliyi əlavə edib ki, Şirokaya Balkada düşmənin artilleriya atəşi nəticəsində yerli sakin və ailəsi - ər, arvad və onların 23 günlük qızı həlak olub, onların 12 yaşlı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.