Məşhur rus rejissorunun cəsədi bir ildən artıq mənzldə qalıb


Məşhur rejissor Svetlana Cimbinova Moskvada öz mənzilində ölü tapılıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Vaxtanqov adına teatrın tamaşalar rejissorunun meyiti bir ildən artıqdır ki, mənzilində imiş. Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

“Keçən gün Svetlana Borisovnanın Universitetski prospektindəki evdəki qonşuları onu çoxdan görmədiklərini xatırlayıblar və onunla əlaqə saxlamağa çalışıblar - qapını döyüblər, zəng ediblər, lakin nəticəsi olmayıb. Daha sonra kömək üçün polisə müraciət ediblər.

Polis məkdaşları mənzilin qapısını açıb və otaqlardan birinin döşəməsində görkəmli teatr tənqidçisi və teatr rejissorunun meyitini aşkar ediblər. Mütəxəssislər ölümün təxminən 2022-ci ilin əvvəllərində baş verdiyini müəyyən ediblər. Svetlana Djimbinova həyatı boyu onlarla əsər yazıb, Teatrda saysız tamaşalara rejissorluq edib" - deyə kanal yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu