Ayılar təyyarədə qəfəsdən qaçdılar


Dubay hava limanından havaya qalxmalı olan lakin qalxmayan təyyarənin gecikmə səbəbi məlum olub.


AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, İraq baş naziri sərnişinləri gecikdirərək narazılığa səbəb olan və sosial mediada səs-küy yaradan İraq təyyarəsində ayının qəfəsdən necə qaçması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

İraq Hava Yollarından bildirilib ki, ayının qaçmasında onların günahları yoxdur və təyyarənin ekipajı ayını uyudaraq onu təyyarədən çıxarmaq üçün mütəxəssislər göndərən Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətliləri ilə əməkdaşlıq edib.

Aviaşirkət qeyd edib ki, ayının daşınması prosedurları qanunvericiliyə, eləcə də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təsdiq etdiyi prosedur və standartlara uyğun həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu