Qlobal istiləşmə ilə əlaqədar Avropada yeni buz dövrü gələcək
Kopenhagen Universitetinin mütəxəssisləri qlobal istiləşmə ilə əlaqədar Avropada tezliklə buz dövrünün gələcəyini göstərən iqlimin kompüter modelini yaradıblar.
AFN.az xəbər verir ki, işin nəticələri "Nature Communications" jurnalında dərc edilib.
Alimlərin fikrincə, Qrenlandiya buzlaqlarının kəskin şəkildə əriməsi okeana güclü şirin su axını verir ki, bu da "Gulf Stream"i "yuya" bilər. Məhz onun sayəsində indi Avropanın mülayim iqlimi var. Əsrin ortalarında cərəyanlar sistemi pozulacaq, bu, təxminən 60-70 ildən sonra planetin Şimal yarımkürəsində güclü soyuqlara səbəb olacaq.
Eyni zamanda, ekvator zonasında istilik və quraqlıq yalnız güclənəcək. Dəyişikliklər həmçinin dəniz səviyyəsinin qalxması, daha çox qasırğa və daha çox daşqınla müşayiət olunacaq. Bu vəziyyət ciddi problemlərə səbəb ola bilər və ərzaq böhranına səbəb ola bilər.
Bununla belə, alimlər qeyd ediblər ki, alternativ ssenari var və ona əsasən temperatur yüksəlməyə davam edəcək.