Naxçıvan Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verilib.
"Report" xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.
Həmçinin, Ali Məclis Azərbaycan Milli Məclisinə təkliflər verə biləcək.
Eyni zamanda, Ali Məclisin ildə iki dəfə - yaz və payız sessiyaları keçiriləcək.