Danimarkada Qurana hücumlar davam edir


Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə hücumlar davam edir.


Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün əvvəlcə Misirin, sonra isə Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıblar.

İslamı təhqir edən şüarlar səsləndirən və İslam əleyhinə pankart açan qrup üzvləri Quranın yandırılma anını sosial media hesablarında canlı olaraq paylaşıblar.

Qrup sosial şəbəkələrdə Misir səfirliyi qarşısında Quranı yandıracaqlarını açıqlayıb.

Qrup üzvləri Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısına gələrək Quranı yandırıblar. İslam əleyhinə pankart da açan qrup üzvləri Quranı yandırmazdan əvvəl üzərinə ayaqqabı və oyuncaq donuz qoyublar.

Təxribatlar polisin ciddi mühafizəsi altında həyata keçirilib.

İyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarka 22 iyul və 24 iyulda Qurani-Kərimin yandırılmasını pislədiyini bildirən bəyanatlar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu