Çində 125 milyon il əvvələ aid dinozavr və hücum edən məməlilərin elementləri tapılıb


Təxminən 125 milyon il əvvəl yaşamış pişik boyda məməlinin dinozavrlara hücumu anını göstərən hər iki canlının demək olar ki, bütün qalıqlarını ehtiva edən fosil tapılıb.


AFN.az xəbər verir ki, CNN xəbərlərində, təbaşir dövründə yaşadığı düşünülən və pişik boyda porsuq kimi görünən repenomamus robustus adlı məməlinin, ölçüsündən üç dəfə böyük olan ot yeyən dinozavr psittacosaurusa hücum etdiyi bildirilir. Onların hər ikisi ölsə də, qalıqları indiyədək qalıb.

Fosildə psittacosaurusun sol ön pəncəsi ilə r.robustusun alt çənəsini tutduğu, sol arxa pəncəsinin dinozavrın arxa ayağından tutduğu, məməli dişlərinin isə ovunun qabırğalarına soxulduğu görülür.

Tədqiqatın müəlliflərindən biri, Kanada Təbiət Muzeyindən paleobioloq Cordan Mallon tapıntının məməlilərin dinozavrlara hücum edə bilməyəcəyi fikrini təkzib edə biləcəyini və fosillərin bir heyvanın digəri ilə qarşılıqlı təsirini göstərən və yırtıcı heyvana işıq saldığını qeyd edib. Onun sözlərinə görə, nəsli kəsilmiş canlıların davranışı çox nadirdir.

"Buradakı məməli öz dövrünün ən böyük məməlilərindən biri idi və pişik ölçüsündə idi. Əvvəlki fikir böyük dinozavrların kiçik məməliləri yediyi istiqamətində idi. Tapıntı bu mənzərəni əks etdirir. Görünür, bu məməlilər ac olanda daha böyük dinozavrı üstələyə bilirdilər".

Psittacosaurusun o dövrdə bölgədə çox rast gəlinən kiçik, dimdikli, qoyun boylu bir dinozavr olduğunu bildirən Mallon, iki canlının döyüşərkən vulkan püskürməsindən sonra anidən gələn palçıq selində ölmüş ola biləcəklərini bildirib.

Araşdırma "Scientific Reports" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu