Küveyt piylənməyə görə ərəb ölkələri arasında birinci yerdədir
Küveyt Səhiyyə Nazirliyi, ölkənin piylənmə və artıq çəki ilə əhaliyə nisbətində ərəb ölkələri arasında birinci yerdə olduğunu açıqlayıb.
Küveytin rəsmi xəbər agentliyi KUNA-ya danışan Səhiyyə Nazirliyinin Sağlamlığın Təşviqi İdarəsinin direktoru Abir əl-Bahve ölkədə əhalinin 40 faizinin piylənmə, 77 faizinin isə artıq çəkidən əziyyət çəkdiyini qeyd edib.
Ölkəsinin piylənmə və artıq çəkidə ərəb ölkələri arasında birinci yerdə olduğunu bildirən Bahve, piylənmənin ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiq kimi bir çox xroniki xəstəlik üçün risk faktoru olduğunu ifadə edib.
Bahve, Küveyt statistikasına və Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Körfəz bölgəsində hər 5 adamdan birinin piylənmə problemi olduğunu və eyni məlumatların işığında ölkədəki piylənmə nisbətinin yüzdə 52-yə çatmasının gözlənildiyini bildirib.
Səhiyyə Nazirliyinin piylənmə ilə bağlı maarifləndirmə fəaliyyətlərində iştirakın vacibliyini vurğulayan Bəhve, xüsusilə uşaqlarda obezitenin erkən qarşısının alınması üçün Küveytdə ictimai parkların və istirahət zonalarının yaradılmasının təşviq edilməsinin vacibliyini qeyd edib.