Əcnəbilərə İstanbulda yaşamaq icazəsinin verilməsi dayandırıldı


Türkiyə hakimiyyət orqanları artan miqrasiya ilə əlaqədar İstanbulun bütün rayonlarında əcnəbilərə yaşamaq icazəsi (yaşayış icazəsi) verilməsini dayandırıb.


Bu barədə iyulun 15-də “Milliyet” qəzeti yazıb. Hazırda ölkənin bəzi yaşayış məntəqələrində gəlmələrin sayı artıq 20%-dən çoxdur.

Nəşr, bir milyon 294 mindən çox əcnəbi vətəndaşın yaşadığı İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsi zərurət halları istisna olmaqla dayandırıldığını yazıb.

Yerli hakimiyyət orqanları 2022-ci ilin oktyabrından ilkin yaşayış icazəsi almaq üçün İstanbulun və Türkiyənin digər şəhərlərinin xaricilər arasında populyar olan bəzi ərazilərini mərhələli şəkildə bağlamağa başlayıb. Konkret İstanbuldan danışarkən, əvvəlcə bu, şəhərin cəmi 10-a yaxın rayonu olsa da, sonra qadağa qalanların hamısına tətbiq olunub. Bu hal təhsil, müalicə və ya beynəlxalq ticarət üçün gələn digər ölkələrin vətəndaşları üçün istisnadır.

Qeyri-rəsmi məlumatlara görə, hazırda Türkiyədə 7 milyondan çox əcnəbi yaşayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu