Gömrükdə büstqalterində 5 ilan gizlədən qadın tutulub
Çində gömrükçülər tərəfindən saxlanılan qadının büstqalterində 5 diri ilan tapılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, qadının saxlanması ilə bağlı məlumat Çin Gömrük İdarəsinin rəsmi WeChat hesabından yayılıb.
Bildirilib ki, Quanqdonq əyalətinin Şençjen şəhərindəki Futian şəhərinin gömrük məntəqəsində baş verən hadisədə məmurlar naməlum qadının fiziki görünüşündən şübhələnib və onun bədənində axtarış aparıblar.
Axtarışda qadının 5 ədəd diri ilanı büstqalterində gizlədərək Honq-Konq üzərindən Çinə keçməyə çalışdığı müəyyən edilib.
ABŞ-da yaşayan elmi adı 2Pantherophis guttatus" olan bu ilan son vaxtlar Çində xüsusilə rənglərinə görə məşhurlaşıb.
Çinin gömrük qaydalarına əsasən, ətraf mühitə zərər vurmamaq və xarici xəstəliklərin yayılmasının qarşısını almaq üçün xarici ölkələrdən gətirilən heyvanların əvvəlcədən xəbərdar edilməsi tələb olunur. Daha sonra bu heyvanlar ölkəyə aparılmazdan əvvəl yoxlanılır.