G7 Ukrayna üçün "tarixi təhlükəsizlik zəmanətləri" hazırlayıb


Ukraynanın G7 tərəfdaşları uzunmüddətli təhlükəsizlik zəmanətləri hazırlayıblar. Onlar artıq "tarixi" adlandırılıb və Rusiya Federasiyası ilə müharibənin hazırkı mərhələsinin sonuna doğru bir addımdır.


"Böyük Yeddiliyin bütün üzvləri tərəfindən imzalanması gözlənilən Ümumi Bəyannamə, müharibəni dayandırmaq, həmçinin hər hansı sonrakı təcavüzün qarşısını almaq və ya dəf etmək üçün yaxın illərdə müttəfiqlərdən Ukraynaya dəstək formatını müəyyən edəcək" - Britaniya hökumətinin mətbuat xidməti belə qeyd edib.

Qərar razılaşdırılıb və imzalanma NATO-nun Vilnüs sammiti çərçivəsində çərşənbə günü, iyulun 12-nə planlaşdırılıb.

"Bloomberg" xəbər verir ki, Ukraynanın əsas müttəfiqləri, o cümlədən ABŞ, Kiyevin müdafiəsini gücləndirmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün ikitərəfli təhlükəsizlik öhdəlikləri təklif etmək üçün Ukrayna ilə fərdi danışıqlar aparacaq.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu