Bulvarda skeyt-park özəlləşdirilib? – FOTOLAR


Bakı bulvarında inşa edilən skeyt-park dəmir hasara alınıb, əraziyə istirahətə gələn insanlar buraxılmır.


Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat yayıb.

“Bir neçə il öncə Bakıda, bulvarda “Dəniz Mall”-ın yaxınlığında skeyt-park açdılar. Çox gözəl tikilib, yeniyetmələrin, gənclərin maraqlı əyləncə və idman məkanı idi. Yay aylarında axşamlar peşəkarlar, yeni bu idman növü ilə məşğul olanlar meydançaya gəlir, əylənirdilər. Bulvarda dincələn əhali də ətrafa yığışıb maraqla izləyirdi. Bir neçə gündür ki, skeyt-parkı dəmir hasara alıblar, heç kəsi buraxmırlar, hələ elan da asıblar. Heç bir izah vermirlər, əvvəl iqtisadi alanı öz əllərini aldılar, indi də ictimai məkanları qapadırlar! Ümid edirəm ki, bu biabırçılığa son qoyacaqlar, büdcə puluna, vətəndaş vergisinə inşa edilən meydançanı tezliklə uşaqların, gənclərin istifadəsinə açacaqlar!”.

Qeyd edək ki, sözügedən ərazi Dənizkənarı Bulvar İdarəsinə məxsusdur.

Dənizkənarı Bulvar İdarəsi məsələyə münasibət bildirməyib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu