Parisdə başlayan hadisələr Strasburqa da sirayət edib


Fransada paytaxtın ətrafı Nanterredə Nael M. adlı gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra Paris ətrafında başlayan hadisələr Strasburqa da sirayət edib.


Fransa mətbuatında yer alan xəbərə görə, Strasburqda dünyaca məşhur texnologiya mağazası və 2 məşhur geyim mağazası qarət edilib. Şəhərdə 11 nəfər saxlanılıb.

Strasburq şəhərinin mərkəzində yerli vaxtla saat 19:00-dan sabah səhər saat 04:00-a qədər nümayişlərin keçirilməsi qadağan edilib.

Digər tərəfdən Parisə yaxın olan Rosny-sous-Bois və Creteil şəhərlərində 2 ticarət mərkəzi qarət edilib. Creteil şəhərində isə 15 nəfər saxlanılıb.

Sosial mediada əks olunan görüntülərdə etirazçıların Strasburqdakı texnologiya mağazasının şüşələrini sındırdıqları görünür. Strasburqda çəkildiyi bildirilən başqa bir görüntüdə isə bir çox gəncin polis avtomobilini qarət etdiyi anlar əks olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu