Yunanıstana qaçmağa çalışan FETO-çular saxlanıldı
Ədirnədə Yunanıstana qaçmağa çalışan 2 Fətullahçı Terror Təşkilatı (FETO) şübhəlisi saxlanılıb.
Türkiyə Sərhəd Xidmətinin əməkdaşaları tərəfindən keçirilən əməliyyat nəticəsində Bosnaköy yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasından qeyri-qanuni yollarla Yunanıstana getməyə çalışan H.K. və M.K. nəzarətə götürülüb.
Şübhəlilərin FETO terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilib.