Qayalıqlara düşən yaralı it ABŞ xilasediciləri tərəfindən helikopterlə belə xilas edildi - VİDEO


ABŞ-ın Oreqon ştatında 91 metr hündürlükdən qayaların üzərinə yıxılaraq yaralanan it ABŞ Sahil Mühafizəsi qrupu tərəfindən helikopterlə xilas edilib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ştatdakı Ecola Dövlət Parkında sahibi ilə birlikdə gəzintiyə çıxan alman çoban iti "Cannon Beach"də 91 metr hündürlükdən qayaların üzərinə yıxılıb. "Cannon Beach" Yanğın Xidməti quru yolu ilə əlçatmaz olan yaralı iti xilas etmək üçün ABŞ Sahil Mühafizəsi Hava Komandanlığından kömək istəyib.

Helikopterlə bölgəyə göndərilən sahil mühafizə qrupu xilasetmə əməliyyatına başlayıb. Xilasedici helikopterdən yerə enərək qayalıqlara doğru üzüb. Yaralı itə çatan məmur itlə asılmış xərəyə minərək helikopterə qaldırılıb. Xilasetmə tədbirindən sonra t baytara aparılıb. Onun 91 metr hündürlükdən yıxılmasına baxmayaraq, vəziyyətinin yaxşı olduğu öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu