Almanlar Şolzu tənqid etdi: Kaxovka haqqında fikirlərinə görə


Almaniya kansleri Olaf Şolz və digər siyasətçilərin Rusiyanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılmasında təqsirli olması ilə bağlı bəyanatları ya həvəskarlıqdır, ya da əhalini bilərəkdən dezinformasiya etməkdir.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya üçün Alternativ müxalifət partiyasından Bundestaqın deputatı Yevgeni Şmidt bildirib.

Onun sözlərinə görə, səkkiz aydır ki, hökumət "Şimal axını"nda baş verən hadisələrlə bağlı araşdırma aparmaq istəməyib, parlamenti və ictimaiyyəti "burnundan tutub". Siyasətçi aydınlıq gətirib ki, hakimiyyət zamanla oynayır və yalan danışa bilər.

"Ancaq su elektrik stansiyasındakı fəlakətlə hər şey fərqlidir - bu vəziyyətdə kansler Şolz dərhal bunun rus əsgərlərinin cinayəti olduğunu dəqiq bilirdi" - deyə deputat qeyd edib.

Şolz bəyanat yayaraq, Kaxovka su elektrik bəndinin dağıdılmasını Rusiya-Ukrayna münaqişəsində "yeni ölçü" adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu