III Avropa Oyunlarında Azərbaycanı 86 idmançı təmsil edəcək


Polşada keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı 86 idmançı təmsil edəcək.


Bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 28 məşqçi, 9 tibbi heyət, eyni zamanda, 26 media nümayəndəsi və 18 işçi heyət də sözügedən ölkəyə yollanacaq.

Qeyd edək ki, turnir iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu