MAQATE rəhbəri müzakirələr üçün Kiyev və Moskvaya səfər edəcək


MAQATE-nin baş direktoru Rafael Qrossi nüvə stansiyasının təhlükəsizliyini müzakirə etmək üçün gələn həftə Zaporojye AES-ə, həmçinin Kiyev və Moskvaya səfər etmək niyyətində olduğunu açıqlayıb.


“Gələn həftə yəqin ki, Zaporojyedə olacam, Ukrayna prezidenti ilə görüşməyi planlaşdırıram. Dünən onunla bu barədə danışdım. ...Və bundan sonra bizim apardığımız bu çox vacib dialoqu davam etdirmək üçün Moskvaya və ya Rusiyanın hər hansı digər regionuna getmək məntiqli olardı”, - deyə Qrossi paylaşıb.

MAQATE-nin baş direktoru vurğulayıb ki, onun əsas vəzifəsi nüvə fəlakətinin qarşısını almaqdır və o, bu istiqamətdə fəaliyyətini davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu