Paşinyan: Kommunikasiyaların açılması üzrə komissiyanın iclasında irəliləyiş əldə olunub


“Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub”.


“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.

“Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu müddəasında göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret həll yolları tapa biləcəyik”, - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi konkret təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimiz deyil, bunlar son iki il ərzində işlədiyimiz kompromis həllərdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu