Nikol Paşinyan: Regiondakı nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq
“Biz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regiondakı nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırıq”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, tərəflərin artıq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını xatırladıb.
N.Paşinyan bildirib ki, növbəti addım demarkasiya və delimitasiya olmalıdır.