Mbappe: "PSJ-dən heç nə gözləmirəm"


Fransa çempionu PSJ-nin 24 yaşlı fransız hücumçusu Kilian Mbappe növbəti mövsümlə bağlı gözləntilərini bölüşüb.


"Növbəti mövsüm PSJ-dən nə gözləyirsiniz" sualına fransız futbolçu "heç nə" deyə cavab verib. O, kluba sadəcə futbol oynamaq üçün gəldiyini bildirib:

"Klub əlindən gələni edir və mənim heç bir problemim yoxdur. Qalanı mənim işim deyil”, - Mbappe bildirib.

Xatırladaq ki, başa çatan mövsümdə Mbappe 29 qolla Fransa çempionatının bombardiri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu