Mourinyo PSJ-yə rəhbərlik etməyə razılaşıb


Mourinyo rəsmi təklif alacağı təqdirdə PSJ-yə rəhbərlik etməyə razı olacaq.


AFN.az xəbər verir ki, bu barədə L'Equipe nəşri yazıb. Nəşrin məlumatına görə, portuqaliyalı mütəxəssis rəsmi təklif alacağı təqdirdə növbəti mövsümdə PSJ-yə rəhbərlik etməyə razı olacaq.

PSJ-nin hazırkı meneceri Kristof Qaltyedir. Fevralda klubun onun işindən narazı olduğu bildirilirdi. Eyni zamanda Paris komandasının idman məsələləri üzrə müşaviri Luis Kampos kluba rəhbərlik təklifi ilə Mourinyo ilə əlaqə saxlayıb.

60 yaşlı Mourinyo dünyanın ən çox mükafat alan məşqçilərindən biridir. Müxtəlif klublarla o, iki dəfə Çempionlar Liqasını, UEFA Kubokunu və onun yerinə gələn Avropa Liqasını, həmçinin Konfrans Liqasını qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu