İndoneziya prezidenti G7 liderlərini inqilaba çağırıb


İndoneziya prezidenti Coko Vidodo G7 dövlətlərinin liderlərini münaqişələri dayandırmaq və bütün dünyada sülhün bərqərar olması üçün cəsarətli olmağa və inqilab etməyə çağırıb.


AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir. "Liderlər olaraq, bu dünyada dəyişiklik etmək və bütün münaqişələrə son qoymaq üçün böyük bir inqilab etmək cəsarəti və istəyimiz olmalıdır. Münaqişələr sonda yalnız insan tələfatına səbəb olur. Bütün tərəflər bütün dünyada sülh, sabitlik və firavanlıq istəyir, lakin hazırkı vəziyyət bununla bir araya sığmır", - deyə İndoneziyanın ANTARA agentliyi Vidodonun Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammiti çərçivəsində dediyi sözlərdən sitat gətirir.

Prezident əlavə edib ki, etimadsızlıq dərinləşir, rəqabət güclənir, hər yerdə müharibələr və münaqişələr davam edir: "Münaqişənin həllində biz ciddi irəliləyiş göstərməmişik. Gəlin birlikdə vəziyyəti dəyişək", - deyə Vidodo yekunlaşdırıb.

Mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində G7 sammiti keçirilib. G7-nin üzvü olmayan İndoneziya qonaq qismində dəvət olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu