Ukrayna və Rusiya prezidentləri G20 sammitinə dəvət olunublar
Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin “Böyük iyirmiliyin” İndoneziyada keçiriləcək sammitinə dəvət alıblar.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Volodimir Zelenski G20 sammitinə dəvətə görə İndoneziya Prezidenti Coko Vidodoya minnətdarlığını ifadə edib.
“İndoneziya Prezidenti Coko Vidodo ilə danışdım. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, əsasən də BMT-də aydın mövqeyinə görə ona təşəkkürümü çatdırdım. Biz, həmçinin ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. G20 sammitinə dəvətinə görə minnətdaram”, - deyə Volodimir Zelenski bildirib.
Ukrinform agentliyinin məlumatına görə, bundan öncə ABŞ və bəzi ölkələr noyabrda keçiriləcək G20 sammitinə ev sahibliyi edəcək İndoneziyadan bəzi tədbirlərə Ukraynanı da çağırmağı xahiş ediblər.