Bu coğrafiyada qadınların bürünməsi son bir əsrə təsadüf edir - tarixi foto
İranın İsfahan şəhərində Şah I Abbas Səfəvi tərəfindən 17-ci əsrin əvvələrində əsası qoyulmuş "Əli Qapı" sarayının divarında bir qadın rəsmi diqqət çəkir.
AFN.az xəbər verir ki, rəsmi gənc tarxiçi Şəhla Cabbarlı paylaşıb. Tarixçi bildirib ki, həmin sarayda bir çox rəsmlər və miniatürlər var. Hamısında xanımlar əks olunub. "Maraqlı olan fakt odur ki, dinin və xurafatın daha sərt olduğu orta əsrlər dövründə bir şiə dövlətində xanımlar başı açıq, müasir geyimlərdədirlər. İstər İran, istər Azərbaycan və Anadolu coğrafiyaları olsun, buralarda qadınların bürünməsi son bir əsrə təsadüf edir. Adətən türk-türkmən adətləri üzrə mili baş örtükləri istifdə edilib, yaşmanıblar. Ərəb üsulu hicab, niqab, çarşab son bir əsrdə kütləviləşib" - deyə Ş.Cabbarlı qeyd edib.