Türkiyədə bu çiçəyi qoparmağın cəzası 244 min TL-dir - FOTOLAR
Çanaqqalanın Biga rayonunun Kələfat kəndindəki Nilüfər gölündə qorunan nilufər güllərini qoparanlar bioloji müxtəlifliyi məhv edib zədələdikləri üçün 244 min lirə cərimə olunur.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nilüfər gölü özünəməxsus gözəlliyi ilə ziyarətçilərin diqqətini çəkir. Gölü ekoturizmə cəlb etmək məqsədilə rayon ərazisində meşə parkı və istirahət zonası yaradılıb.
2 hektar böyüklüyündə olan Nilüfər gölündəki Lotus çiçəyi ziyarətçilərin xüsusi marağındadır. Gövdəsi 1 metrə yaxın olan su zanbağı suyun dibindəki palçıqda kök salır və yaşıl yarpaqların arasından işığa boylanır. Lotus çiçəklərinin toxumlarının Amazon meşələrindən köçəri quşlar tərəfindən daşındığı və beləliklə əmələ gəldiyi düşünülür.
Gecələr bağlanıb suyun altına düşən su zanbaqları günəşin doğuşu ilə yenidən səthə çıxdıqda əsrarəngiz mənzərə yaradır. May ayının əvvəllərində çiçək açmağa başlayan su zanbaqları noyabrın son günlərinə qədər öz gözəlliyi ilə qonaqlarını qarşılamağa davam edir.
Təbiətin möcüzəsi olan Nilüfər gölü ötən illərdə su çatışmazlığı səbəbindən qurumaq təhlükəsi ilə üzləşib. Biga Bələdiyyəsi tərəfindən 880 metr uzunluğunda xətt çəkilərək gölə su verilib. Müntəzəm olaraq su ilə doldurulan göl qurumaqdan xilas edilərək əvvəlki kimi yaşıl yarpaqlar arasında açan nilufər çiçəkləri ilə ziyarətçilərin heyranlığına səbəb olub.
Digər tərəfdən may ayının əvvəlində açılmağa başlayan lotus çiçəkləri noyabrın son günlərinə qədər ziyarətçilərə vizual ziyafət təqdim etməyə davam edir.
Çanaqqala Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyindən alınan məlumata görə, qorunan su zanbaqlarını qoparanlar bioloji müxtəlifliyi məhv etdikləri və zədələdikləri üçün 244 min 315 TL cərimə olunurlar.