UFC döyüşçüsü Hollivudda həbs edildi


Yüngül çəkidə keçmiş UFC çempionu amerikalı Toni Ferqyusonun pikap avtomobili bazar günü axşam Hollivudda yerləşən klubların birinin yaxınlığında aşıb.


AFN-in TMZ-yə istinadən xəbərinə görə, Döyüşçü sərxoş halda bir neçə avtomobilə çırpılıb, lakin heç kim zərər çəkməyib.

Polis mənbələrinə görə, idmançı ayıqlıq testindən imtina edib və hadisə yerində "ağır sərxoş" olub.

“Mənbələrimizin bildirdiyinə görə, onu izləyən polislər ondan kəskin spirtli içki iyi gəldiyini və gözlərinin qan kimi olduğunu deyirlər”, - portal yazır.

Ferqyuson hadisə yerində həbs edilib, cəza və diskvalifikasiya ilə üzləşib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu