Avropa quraqlıq və su ehtiyatlarına çıxışla bağlı münaqişələrlə üzləşir


Avropa quraqlıq və bununla əlaqədar olaraq su ehtiyatlarına çıxış üçün sürətlə artan rəqabətlə üzləşib.


AFN.az xəbər verir ki, bu haqda "Politico" yazıb. Nəşr qeyd edir ki, milyonlarla kataloniyalıya xidmət edən əsas su anbarı tükənmək üzrədir. "Fransada baş verən toqquşmalara su ilə bağlı münaqişə də təsir edib. Orada bir neçə kənd yerli sakinləri kran suyu ilə təmin edə bilmir" - deyə materialda bildirilir.

İtaliyadakı ən böyük çayın səviyyəsi keçən ilin iyununda olduğu kimi aşağıdır. Bu arada, suyun idarə edilməsi və ona kimin çıxış əldə edəcəyinə qərar vermək bütün qitədə siyasi məsələyə çevrilir.

Bu arqumentlərin təsdiqi olaraq, "Politico" 2018-ci ildən bəri Avropada quraqlığı göstərən peyk şəkillərinə əsasən Qraz Texnologiya Universitetinin araşdırmasından əldə edilən məlumatlara istinad edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu