Balidə məbəddə qeyri-münasib davranışa görə üç rusiyalı həbs edilib


İndoneziyanın Bali kurortunun hakimiyyət orqanları adadakı ən böyük hindu məbədində qeyri-münasib davranışa görə üç Rusiya vətəndaşını həbs edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılmağa səbəb yerli əhalinin müqəddəs yer hesab etdiyi Penqubenqan məbədində rusların rəqs etməsi və nalayiq pozalar verməsi olub.

Singaraji şəhərinin immiqrasiya şöbəsinin rəhbəri Hendra Setiawanın sözlərinə görə, cinayət törədən şəxslər - 35 yaşlı iki qadın və 37 yaşlı kişi Ubud şəhərində tapılıb.

Ruslar hazırda Sinqaraca immiqrasiya idarəsindədir və araşdırmanın nəticəsini gözləyirlər. Onların sonrakı cəzası din xadimlərinin ifadəsindən asılı olacaq.

Daha əvvəl məlum olub ki, rusiyalı turistlər İndoneziyanın Bali adasından deportasiya sayına görə lider olublar. Belə ki, 2023-cü ilin yanvarından aprelin ortalarına kimi Asiya kurortundan 96 əcnəbi çıxarılıb, onlardan 23-ü Rusiya vətəndaşıdır. Ziyarətçilər tərəfindən ən çox rast gəlinən pozuntular yaşayış icazəsindən sui-istifadə, cinayət əməlləri və qeyri-qanuni işdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu