Paralimpiyaçımız dünya çempionu oldu


Azərbaycan Milli Paralimpiya komandasının üzvü Talıb Zeynalov Tbilisidə keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsinin "gənc idmançılar" kateqoriyasında qızıl medal qazanıb.


O, fərdi çəkidə 146 kq nəticə ilə rəqiblərinə qalib gəlib. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Talıb Zeynalov Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin II kurs tələbəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu