Sürücülərə yazılan bu cərimələr qanunsuzdur - AÇIQLAMA


Son zamanlar hərəkətdə olmayan avtommobillərin sürücülərinə, xüsusən də təmir sexlərində günlərlə qalan avtomobillərin texniki baxışdan keçirilməməsinə görə sürücülərə cərimələr yazılır.


Bununla bağlı radio dinləyicilərindən biri Avto Fm-in efirində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərliyə sual ünvanlayaraq həmin cərimələrin qanuni olub-olmadığını soruşub.

Araz Əsgərli son vaxtlar sürücüləri narahat edən məsələyə aydınlıq gətirib. O bildirib ki, idarə edilməyən avtomobilə görə cərimələrin yazılması doğru deyil:
“Bu məsələ ilə bağlı bir neçə şikayət eşitmişəm. Avtomobil hərəkətdə deyilsə və avtomobil həyətdədirsə, qarajdadırsa və ya digər yerdə saxlanılıbsa, texniki baxışdan keçirilməməyə görə cərimə yazıla bilməz. Texniki baxış hərəkətdə olan nəqliyyat vasitəsi üçündür” – deyə A.Əsgərli bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu