Qadın idmançıdan inanılmaz fırıldaq


Britaniyalı marafonçu Yoasia Zakrzevski yarışlardan diskvalifikasiya edilib.


Qaynarinfo-nun məlumatına görə, 47 yaşlı idmançı danışılmış oyunlarda günahlandırılıb. Böyük Britaniya Ultras marafonunun bir hissəsində hiylə işlətdiyi aşkarlanan şotlandiyalı marafonçu yarışlardan kənarlaşdırılıb.

Hadisə İngiltərənin Mançester və Liverpul şəhərləri arasındakı trasda təşkil edilən yarışa damğasını vurub. Marafonun meneceri Ueyn Drinkuoterin İngiltərə mətbuatına verdiyi açıqlamaya görə, aprelin 7-də keçirilən yarışda finiş xəttini üçüncü sırada keçən Zakrzevskinin hər kəsi aldatdığı müəyyənləşib. Belə ki, Drinkuoter yarışın 4 kilometrlik hissəsini 1 dəqiqə 40 saniyəyə başa vuran Zakrzevskidən şübhələndikləri üçün haqqında araşdırmaya başlanıldığını və idmançının bu məsafəni avtomobil vasitəsilə keçdiyini etiraf etdiyini bildirib.

Marafondan kənarlaşdırılan idmançı haqqında cinayət işinin başlanması üçün Böyük Britaniya Atletika Federasiyasına müraciət etdiklərini vurğulayan Drinkuoter baş verənlərdən çox məyus olduğunu bildirib.

2014-cü il Birlik Oyunlarını 14-cü yerdə tamamlayan Zakarzevski, ölkəsində qatıldığı marafonlarda da rekord göstəricilərə sahibdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu