Burnundan 8 santimetrlik kütlə çıxarıldı - FOTOLAR


Nəfəs almaqda çətinlik çəkən şəxs həyatının şokunu yaşayıb.


AFN.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Yozgat Şəhər Xəstəxanasına tənəffüs çətinliyi şikayəti ilə gələn xəstənin burnunda kütlə aşkarlanıb. Dərhal əməliyyata alınan xəstənin burnundan çıxanlar hər kəsi şoka salıb. Xəstənin göz və beyin divarına dayanan 8 santimetrlik kütlə həkim Mustafa Rehan tərəfindən təxminən 5 saat davam edən əməliyyatla çəkilib. Xəstə müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

Mustafa Rehan, "50 yaşlı kişi xəstəmiz burun tıkanıklığı şikayəti ilə gəldi. Müayinə zamanı biz şübhə etdik ki, bu maneənin səbəbi burun qabığı və ya sümüyün əyriliyi deyil, kütlə ola bilər. Dərhal KT və MRT keçirdik. Xəstəmizin əməliyyatı kütlənin yeri və ölçüsünə görə çətin keçdi. Kütlənin ölçüsü 8 santimetr idi. Onun yeri kəllə bazası ilə göz sümüklərinin qovşağına bağlanmışdı. Əməliyyatımız çox yaxşı keçdi. Üzdə heç bir kəsik etmədən bütün kütləni burundan tək parça olaraq çıxardıq" - deyə hadisəni nəql edib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu