Rusiya Türkiyə və Ermənistan arasında dialoqun bərpasının tərəfdarıdır


"Moskva Ankara ilə İrəvan arasında qarşılıqlı hörmət əsasında dialoqun bərpasının tərəfdarıdır".


"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi hələ başa çatmayıb: "Münasibətlərin normallaşması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verəcək və uzunmüddətli sabitliyin bərqərar olmasına kömək edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu