Xroniki böyrək çatışmazlığı ilə bağlı proqram üzrə yekun nəticəlilik təmin edilməyib - Hesablama Palatası


Hesablama Palatasının ötən il üzrə hesabatında böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditi aparılıb.


AFN.az sözügedən sənədə istinadən xəbər verir ki, Xroniki böyrək çatışmazlığı ilə bağlı proqramın reallaşmasında problemlər aşkarlanıb. Belə ki, proqram çərçivəsində müəyyən işlər görülsə də, proqramın icrasının nəticəliliyini qiymətləndirməyə imkan verən nəticə indikatorlarının müəyyən edilməyib. "Həmçinin əhaliyə nefrologiya profili üzrə tibbi yardımın göstərilməsi və hemodializ şöbələrinin fəaliyyətinin təşkili qaydaları, hemodializ şöbələrində tibbi heyətin ştat normativləri və avadanlıqlarla təchizat standartlarının işlənib hazırlanmaması səbəbindən proqram üzrə yekun nəticəlilik tam mənada təmin edilməyib" - deyə hesabatda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu