Xroniki böyrək çatışmazlığı ilə bağlı dövlət vəsaitlərinin xərclənməsində nöqsanlar aşkarlanıb


Xroniki böyrək çatışmazlığı ilə bağlı son 5 ildə dövlət büdcəsindən xərclənən vəsaitlər Hesablama Palatası tərəfindən audit edilib.


AFN.az xəbər verir ki, audit nəticəsində ortaya mühüm faktlar çıxıb. Belə ki, 2019-2020-ci illərdə Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına ümumilikdə 1,122 milyon manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilsə də, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib. Araşdırmalar zamanı o da məlum olub ki, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub, 2019-2021-ci illərdə hemodializ şöbələrinə verilmiş 49 ədəd hemodializ aparatının müxtəlif səbəblərdən istifadəyə verilməsi mümkün olmayıb. Həmçinin növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyi, nəticədə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri baş verib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub. Mövcud qaydalara görə, 1 hemodializ aparatı üçün 12 kv/metr sahə təmin edilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu