Rövşanə başından böyük danışmasın, yoxsa... - İlkin Əhmədov
Xəbər verdiyimiz kimi, Əməkdar artist İlkin Əhmədovun “Space səhər” verilişinə gəlməməsi sözügedən proqramın aparıcısı Rövşanə Ağasəfqızını özündən çıxarıb. Aparıcı xanəndənin bu hərəkətinə cavab olaraq, canlı efirə buraxmayıb.
AFN.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artistlə əlaqə yaradıb.
Sənətçi aparıcının ittihamlarına belə cavab verib: “Mənə öncə dedilər ki, efirə saat 08:00-da gəlim. Dedim ki, mümkün deyil. Gecikərəm. Sonra isə dedilər ki, 09:00-da studiyaya girəcəksən. Səhər tezdən tıxac olduğu üçün efirə 25 dəqiqə gecikdim. Sonra eşitdim ki, Rövşanə məni efirə buraxmadığını deyib. Çıxıb efirdən xalqın və televiziyanın adından danışmağa haqqı yoxdur. Rövşanənin cavabını çox pis formada verə bilərəm. Başından çox böyük sözlər danışmasın. Bundan sonra da o haqqımda nələrsə danışsa hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”.