Madonnanı "kəşf edən" Seymur Steyn vəfat edib


Madonna ilə yanaşı "Talking Heads" və "Ramones"in musiqi karyerasında böyük rol oynayan Seymur Steyn vəfat edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ musiqi sahəsində böyük xidmətləri olan sahibkar Seymur Steyn 80 yaşında dünyasını dəyişib. Onun bir müddətdir xərçəngdən müalicə olunduğu bildirilir.

Seymur Steyn Madonnanı, eyni zamanda "Talking Heads", "Lou Reed", "Depeche Mode", "Ramones", "The Cure" və "The Smiths" kimi qrupları kəşf edib inkişaf etdirən şəxs kimi tanınırdı.

1980-ci illərin pop musiqisini formalaşdıran adlardan biri olan və hətta 70-ci illərdə də yeni istedadlar kəşf etmək üçün səyahətə çıxan Seymur Steyn 13 yaşında musiqi sənayesinə qədəm qoyub. Seymur Steynin ən böyük ticari uğuru açıq ürək əməliyyatından sağalarkən demosunu dinlədikdən sonra xəstəxana çarpayısındaykən yanına çağırıb karyerasına başladığı Madonna olub.

2018-ci ildə "Siren Song: My Life in Music" adlı xatirə kitabında Madonna haqqında yazır: "O, ucuz, punk paltarları geyinirdi, xəstəxananın ürək xəstəlikləri şöbəsində absurd görünən klub uşağı idi".

Seymur Steyn öz tərcümeyi-halında homoseksual olduğunu, lakin buna baxmayaraq, həyat yoldaşı Linda ilə evləndiyini açıq formada qeyd edib. Cütlüyün qızı Samanta da 2013-cü ildə dünyasını dəyişib. Cütlüyün digər qızı Mendi Steyn hazırda rejissorluq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu