G20 xarici işlər nazirlərinin görüşü zəlzələ qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb


Hindistanda G20 xarici işlər nazirlərinin iclası başlayıb.


AFN.az xəbər verir ki, Nyu Dehlidə keçirilən iclasda Türkiyə və Suriyada baş verən zəlzələlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hindistanın xarici işlər naziri Subramanyam Caişankar iclasdan əvvəl bir dəqiqəlik sükut elan edib.

Ukrayna ətrafındakı vəziyyət G20 nazirlərinin Yeni Dehlidə keçiriləcək görüşünün mövzularından biri olacaq. Bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatran məlumat verib. Nazirlər bu situasiyanın bütün dünyaya təsirini müzakirə edəcəklər.

Rəsmi hissə başlamazdan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok görüşün keçirildiyi yerə ilk gəlib. Onun gəlişindən təxminən bir saat sonra G20-nin qalan üzvləri Konqres Mərkəzinə gəlməyə başlayıblar. ABŞ dövlət katibi Entoni Blinken Avropa və Britaniya diplomatları Cozep Borrel və Ceyms Kleverli ilə demək olar ki, eyni vaxtda gəlib. Sonuncu gələn isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu