Rusiya "dost ölkələr vasitəsilə" "Airbus" və "Boeing" təyyarələrnə ehtiyat hissələri alır


Rusiya aviaşirkətləri sanksiyalardan yayınaraq "Airbus" və "Boeing" təyyarələrindən istifadə etməkdə davam edir.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyası ilə iş görmək və dövlətin istismarında olan təyyarələr üçün hissələr almaq qadağan edilsə də, bunu müəyyən yollarla edənlər var. Rusiya aviadaşıyıcıları hələ də 467 "Airbus" və "Boeing" təyyarəsi istifadə edirlər. Ötən il ölkənin təyyarə parkənda 544 belə aviamaşın var idi. Rusiya Federasiyası Tailand, Türkiyə, Ermənistan, Tacikistan və BƏƏ-yə uçuşların sayını artırıb və gündə təxminən 1100 daxili reys həyata keçirib ki, bu da bir il əvvəlkindən təxminən 15% azdır.

Aviasiya sektorunu ayaqda saxlamaq üçün Kreml aviaşirkətlərə icarəyə götürülmüş təyyarələri xaricdəki sahiblərinə qaytarmağı qadağan edib və daşıyıcıları Rusiyada yenidən qeydiyyatdan keçməyə çağırıb. Beləliklə, əksər təyyarələr uçuşa yararlılıqlarını təmin etmək üçün vacib proqram yeniləmələri və tənzimləyici texniki xidmətdən məhrum olsalar da, uçuşlarını davam etdirirlər.

"Şirkətin Rusiyadakı hava yolları ilə əlaqəsi yoxdur, lakin onlar itkin komponentləri əvəz etmək üçün mübarizə apardıqları üçün təyyarəni istismarda saxlamağın çətinliyindən artıq xəbərdardırlar", - "Airbus"ın baş icraçı direktoru Guillaume Faury açıqlamasında belə bildirib.

İşi davam etdirmək üçün Rusiya aviadaşıyıcıları hissələri "dost" ölkələrdə alır və komponentləri bir təyyarədən digərinə keçirirlər. Britaniya aviasiya məsləhətçisi Con Striklend deyir ki, Rusiya aviaşirkətləri təyyarələrinin uçuşunu davam etdirmək üçün bütün mümkün təşəbbüslərdən istifadə edirlər, lakin bu, getdikcə "çətinləşəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu