Təbrizdən Ermənistana yeni yol çəkilir


Təbrizdən Ermənistan sərhədinə yeni avtomobil yolu çəkilir.


"Fars News" məlumat verir ki, bu barədə ötən gün Təbrizə səfər edən İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri ilə görüşdə Şərqi Azərbaycan vilayətinin başçısı Abedin Xorrəm deyib. “Bu marşrut istismara verilərsə, İranla Ermənistan arasında ən təhlükəsiz əlaqə yolu olacaq...” - deyə o qeyd edib: “Prezidentin qonşularla münasibətlərin inkişafına xüsusi diqqət yetirilməsi ilə bağlı göstərişindən sonra Şərqi Azərbaycan vilayəti regional diplomatiya sahəsində çox fəallaşıb və ölkəmizin qonşu dövlətlərdəki səfirləri ilə çoxsaylı görüşlərimiz, məsləhətləşmələrimiz olub”.
Valinin sözlərinə görə, həyata keçirilən səylər nəticəsində Culfa və Norduz sərhədlərində mal mübadiləsi və yük və sərnişin daşınması ötən illə müqayisədə 30 faiz artıb və bu tendensiyanın davam etdirilməsi qonşularla qarşılıqlı fəaliyyətdə prioritet istiqamətlərimizdən biridir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu