Azərbaycanın məhsulları və sərvəti Ermənistana daşınır


İrandan Ermənistana ixracat üzrə Şərqi Azərbaycan əyaləti birinci yerdədir.


AFN.az-ın məlumatına görə, bu barədə Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Sabir Pərniyan belə deyib: “Ötən ilin 9 ayı ərzində İrandan Ermənistana ixracın 40 faizdən çoxu Şərqi Azərbaycan vilayətinin payına düşür”.
“Anaj” saytı xəbər verir ki, Sabir Pərniyan bu barədə jurnalistlərə açıqlamasında bildirib: “Həmin dövr ərzində İrandan Ermənistana 304 milyon dollarlıq mal ixrac edilib ki, bunun da 125 milyon dolları Şərqi Azərbaycan vilayətinin payına düşür”. Onun sözlərinə görə, Şərqi Azərbaycandan Ermənistana əsas ixrac mallarına bitum məhsulları, metal mədən sənayesi, balıq məhsulları, kimyəvi məhsullar, həmçinin meyvə-tərəvəz və quru meyvələr daxildir.
“Bu yaxşı işgüzar nəticə Şərqi Azərbaycan valisinin başçılıq etdiyi iqtisadi nümayəndə heyətinin Ermənistana son səfərinin nəticələrindən biridir”,-deyə Pərniyan qeyd edib.
“Ermənistan İranın Avrasiya regionu ölkələrinə giriş qapısıdır”-deyən Pərniyan əlavə edib: “Ötən ilin 9 ayında Şərqi Azərbaycan vilayətinin Ermənistana ixrac həcmi 702 min ton olub”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu