Sabirabadda iki avtomobil toqquşub, ölən və yaralanan var


Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci iltəvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.

Hələlik şəxsiyyəti məlum olmayan digər sərnişin isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu