Qənirə Paşayeva Fərahim Sadiqlə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Dünya ALPAQUT Federasiyası”nın Azərbaycan Nümayəndəliyinin vitse-prezidenti, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin fəxri üzvü Fərahim Sadiqlə görüşüb.
AFN.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Fərahim Sadiq ideya müəllifi və koordinatoru olduğu musiqi layihələri haqqında Komitə sədrinə ətraflı bilgi verib.
Fərahim Sadiqin sənətdə, o cümlədən hərbi-vətənpərvərlik mahnılarının bəstələnməsi, ifası, təqdimi, gənc nəslin milli ruhda təlim-tərbiyəsi sahəsində fəaliyyətlərini xatırladan Komitə sədri, 55 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli Fərahim müəllim,
Sizi 55 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1968-ci ildə Naxcıvan şəhərində, milli təfəkkürlü mübariz ailədə doğulmusuz. Siz gənc yaşlarınızdan yaradıcılıq eşqiniz və təşkilatçılıq qabiliyyətinizlə seçilmisiz. Naxçıvan şəhərindəki 2 saylı Mədəniyyət evində bədii rəhbər vəzifəsində işləmisiz. İşlədiyiniz dönəmdə bir neçə musiqi ansambılına rəhbərlik edərək, uğurlu konsert proqramları təşkil etmiz, rayonlararası qastrol səfərlərinzdə olmusuz. Hələ Sovet vaxtı, repertuarınızda görkəmli bəstəkarlarımızın mahnıları ilə yanaşı öz bəstələrinizdən ibarət antisovet mahnıları da yer alıb.
Sonra Naxçıvan şəhərindəki yaradıcı fəaliyyətinizi 1 saylı Mədəniyyət evində davam etdirmisiz. 1993-cü ildə isə (ikinci iş yeri olaraq) Naxcıvan şəhəri “N” saylı motoatıcı briqadaya məxsus Zabitlər Evində baş təlimatcı olaraq fəaliyyətə başlamısız. 1995-ci ildən ailənizlə birgə Bakı şəhərinə köçmüsüz.
Siz “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin, Dünya ALPAQUT Federasiyasının tədbirlərində musiqi tərtibatçısı kimi yaxından iştirak edir, müxtəlif maraqlı musiqi layihələri ilə çıxış edirsiz. “ƏSGƏRNAMƏ” adlı musiqi layihəniz isə özəlliklə vurğulanmalıdır. – Dediyiniz kimi “Yaralı da, şəhid də var, Ölənimiz yoxdur ana”!..
Sizi 55 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Fərahim Sadiq görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə Millət vəkili Razi Nurullayev də iştirak edib.