Serbiya Rusiyanın “MiQ-29”-larını Fransanın "Rafale"lərinə dəyişir


Serbiya Fransadan “Rafale” qırıcılarını almaq üçün hərbi xərclərini artıracaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Serbiya prezidenti Aleksandr Vuçiç açıqlama verib. O, bildirib ki, tətbiq edilən çoxlu beynəlxalq sanksiyalar səbəbindən Rusiyanın “MiQ-29” qırıcı təyyarələrinin saxlanması mümkünsüzləşib. "Ötən ilin fevralından sonra Rusiyanın “MiQ-29” qırıcılarının ehtiyat hissələrinin alınması mümkünsüz olub. Hazırda Rusiyadan demək olar ki, heç nə və ya hərbi təyinatlı nəsə idxal edə bilməzsiniz”.

Vuçiç qeyd edib ki, ölkəsi həm də ordunun modernləşdirilməsi istiqamətində addımlar atır. Onun sözlərinə görə, ordu xeyli güclənməlidir. Vuçiç digər Avropa ölkələrinin də artıq hərbi büdcələrini xeyli artırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu