Putinlə Lukaşenko sabah görüşəcək


Rusiya Vladimir Putinlə Belorus prezidenti Aleksandr Lukaşenkonun görüşünə hazırlıq gedir.

AFN.az ntv.ru-ya istinasən xəbər verir ki, görüş fevralın 17-də Novo-Oqaryovoda keçiriləcək. "Prezidentlərin sabahkı görüşünə hazırlıq gedir", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. Kreml sözçüsü danışıqların ətraflı aparılacağını vurğulayıb.

Bundan əvvəl Lukaşenko cümə axşamı yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında fevralın 17-də Putinlə görüşməyi planlaşdırdığını bildirib. Bundan əlavə, media nümayəndələri ilə görüşdə respublika rəhbəri bildirib ki, onlar ölkədə səfərbərlik elan etmək fikrində deyillər. “Biz heç bir səfərbərlik elan etməmişik və bunu etmək fikrində deyilik”.
Bununla belə, Lukaşenko bildirib ki, ölkə “ona qarşı heç bir təcavüzün edilməməsini təmin etmək baxımından” müharibəyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu