ATƏT-ə üzv olan ölkələr Rusiyanın təşkilatın iclasında iştirakına qarşı çıxıb


ATƏT-ə üzv olan 20 ölkənin nümayəndəsi Avstriya hakimiyyətini 15 rusiyalı siyasətçiyə viza verdiyinə görə tənqid ediblər.


Nümayəndələr rusiyalıların iştirakını qadağan etməyə çağırıblar. “Associated Press”in xəbərinə görə, Avstriya sanksiyalara məruz qalan, lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fevralın 23-24-də keçiriləcək iclası üçün Vyanaya gəlməli olan rusiyalı siyasətçilərə viza verib. Viza verilənlər arasında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski, “LDPR” partiyasının lideri Leonid Slutskin də olduğu bildirilir.

Etiraz edənlər arasında Fransa, Britaniya, Polşa və Ukraynadan olan nümayəndələr də var. Ümumilikdə 20 ölkədən 81 nəfər ATƏT nümayəndəsinin ünvanladığı məktubda deyilir: "Rusiya parlamentariləri hökumətin tərkib hissəsidir və hər gün Rusiyanın Ukraynada törətdiyi cinayətlərdə iştirak edir. Dürüst dialoqu və müharibəyə müqaviməti təbliğ edən təşkilatda onların yeri yoxdur".

O da məlum olub ki, etiraz məktubunu ABŞ-dan gələn nümayəndələr imzalamayıblar. ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib ki, Rusiya rəsmiləri Qərb ölkələrinə səyahət hüququna layiq olmasalar da, onlara viza verib-verməmək barədə qərarı Avstriya verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu