BMT Türkiyə və Suriyada baş verən zəlzələni "son 100 ildə regionda baş verən ən pis hadisə" adlandırıb.


BMT-nin yardım üzrə rəhbəri Martin Griffiths Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində baş verən dağıdıcı zəlzələni "bölgədə son 100 ilin ən pis hadisəsi" adlandırıb.


AFN.az xəbər verir ki, bununla bağlı məlumatı "Reuters" yayıb. Kahramanmaraşda keçirdiyi brifinqdə çıxış edən Qriffits Türkiyənin təbii fəlakətə verdiyi cavabı da “fövqəladə” adlandırıb. O, həmçinin "Reuters" agentliyinə müsahibəsində yardımın Suriyada həm hökumətin, həm də müxalifətin nəzarətində olan bölgələrə çatacağına ümid etdiyini, lakin bununla bağlı vəziyyətin “hələ aydın olmadığını” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu