ATƏT-in Baş katibi: “Türkiyəyə hər cür dəstək verməyə hazırıq”
ATƏT-in Baş katibi Helqa Mariya Şmid Türkiyəyə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək bu ölkəyə hər cür dəstəyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, Baş katib bu barədə tviter hesabında yazıb.
“Həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ATƏT hər cür dəstək verməyə hazırdır”, - Helqa Mariya Şmid yazıb.
Qeyd edək ki, Baş katib həlak olanlarla bağlı başsağlığı kitabını imzalayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Son məlumata görə, zəlzələ zamanı ölənlərin sayı 17 406-a çatıb, daha 71 806 nəfər yaralanıb.