Zelenski və Sunak ukraynalı əsgərlərin təlim keçdiyi əraziyə gedib


Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyaya rəsmi səfəri davam edir.


AFN.az xəbər verir ki, səfər çərçivəsində Zelenski Britaniyada ukraynalı əsgərlərin hərbi təlim keçdiyi ərazini ziyarət edib. Bu zaman onu Böyük Britaniyanın baş naziri Rişi Sunak da müşayiət edib. Onlar birlikdə helikopterlə Dorsetdəki Lulvort düşərgəsinə gediblər. Hər iki ölkənin rəhbəri təlim keçən Ukrayna əsgərləri ilə görüşüb.
Onlar əsgərlərin "Challenger 2" tanklarından istifadə üzrə təlimini izləyəcək və birgə "London Bəyannaməsi"ni imzalayacaqlar. Yeri gəlmişkən, qeyd edəkk ki, bu gün keçirilən birgə mətbuat konfransında Rişi Sunak yaxın vaxtlarda Ukraynanın Britaniyadan “Challenger” tanklarını alacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu